Sportnet.az Doğan Xəbər Agentliyinə istinadən xəbər verir ki, İstanbul klubu 21 yaşlı sol cinah müdafiəçisinin meneceri ilə danışıqlara başlayıb. Həmçinin, Türkiyə Super Liqasından "Kayserispor" və I diviziondan "Eyüpspor"un da bu futbolçu ilə maraqlandığı bildirilir. Xəbərdə Azərbaycan millisinin və "Qarabağ"ın digər futbolçusu Qara Qarayevin də Bayramovla birgə türk klublarının radarında olduğu vurğulanıb. Qeyd edək ki, Toral Bayramov ötən mövsüm 36 matçda "Qarabağ"ın formasını geyinib. O, 1 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |