"Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır. Komanda ötən mövsüm ikinci yeri tutmaqla buna nail olub. Bu il qrupda birinci yeri tutmaq və yaxşı futbol oynamaq istəyirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Karlos Korberan deyib.
39 yaşlı mütəxəssis Avropa Liqasındakı istənilən komandanın layiqli rəqib olduğunu bildirib: "Olimpiakos" böyük ambisiyaları olan klubdur. Vaxtımız azdır. Komandanın bəzi mövqelərini gücləndirməyə çalışacağıq".
Qeyd edək ki, G qrupunda Fransanın "Nant" və Almaniyanın "Frayburq" komandaları da yer alıb.