Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda bir dəqiqəlik sükut ola bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan əvvəl mətbuat konfransında bildirib.
50 yaşlı mütəxəssis Azərbaycan-Ermənistan sərhəddində dünyasını dəyişən şəhidlərə görə matçın sükutla başlaması üçün klub tərəfindən UEFA-ya müraciət olunduğunu söyləyib: "Nə qərar verəcəklərini sabah bizə bildirəcəklər".
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.