"Rəqib favoritlər siyahısındadır. Gələn ilin martında dogma meydanda keçirəcəyimiz görüşdə isə biz favorit kimi meydana çıxacağıq”.
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Polşa milli komandasının baş məşqçisi Blajey Korçinski Bakıda Azərbaycan yığmasına 3:4 hesabı ilə uduzduqları dünya çemionatının əsas seçmə mərhələ oyunundan sonra deyib.
44 yaşlı polşalı mütəxəssis matçın çətin alındığını bildirib: "Formalaşmış komandaya qarşı çıxış etdik. 5-6 futzalçımız zədəli olduğuna görə, Bakıya gətirə bilmədik. Oyun başa çatıb və bu görüşü unutmalıyıq. Azərbaycanla Polşada da oyunumuz var".