
Gəncənin "Kəpəz" komandasında daha bir futbolçu baş məşqçi Tərlan Əhmədovun qəzəbinə tuş gəlib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, bu dəfə vitse-kapitan Əli Səmədov əvəzedici heyətə göndərilib. O, potensialından zəif çıxış etdiyi üçün bir müddət "Kəpəz-2"də oynayacaq.
Qeyd edək ki, daha əvvəl Rauf Əliyev əsas komandadan kənarlaşdırılıb.