
Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, bu raundun son oyununda Portuqaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Rəqibini 6:1 hesabı ilə darmadağın edən Pireney təmsilçisi 1/4 finala yüksəlib.
Fernandu Santuşun baş məşqçi olduğu kollektivdən qolları 17, 51 və 67-ci dəqiqələrdə Qonsalu Ramuş, 33-cü dəqiqədə Pepe, 55-ci dəqiqədə Rafael Gerreyru və 90+2-ci dəqiqədə Rafael Leao vurublar. İsveçrəlilərin təsəlli qoluna isə 58-ci dəqiqədə Manuel Akanci imza atıb.
Qeyd edək ki, Portuqaliya millisinin 1/4 finaldakı rəqibi Mərakeş olacaq. Qarşılaşma dekabrın 10-da keçiriləcək.
------------------------------------
Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, Afrika təmsilçisi 1/8 finalda İspaniyanı mübarizədən kənarlaşdıraraq, adını növbəti mərhələyə yazdırıb.
Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:0) mərakeşlilər 1/4 finala adlayıb.
Qeyd edək ki, Mərakeş yığması növbəti raundda Portuqaliya - İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.
-------------------------------------
Qətərdə keçirilən dünya çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, bununla da 1/4 finalın son 2 iştirakçısı bəlli olacaq.
Günün ilk oyununda turnirin favoritlərindən hesab olunan İspaniya millisi Mərakeşlə qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçı argentinalı FIFA referisi Fernando Rapallini idarə edəcək.
1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi maksikalı Sesar Arturo Ramos olacaq.
DÇ-2022
1/8 final
6 dekabr
19:00. Mərakeş - İspaniya - 0:0 (PENALTİLƏRLƏ - 3:0)
Baş hakim: Fernando Rapallini (Argentina)
"Edyukeyşn Siti" stadionu
23:00. Portuqaliya - İsveçrə - 6:1
Qollar: Qonsalu Ramuş, 17; 51; 67. Pepe, 33. Rafael Gerreyru, 55. Rafael Leao, 90+2 - Manuel Akanci, 58
Baş hakim: Sesar Arturo Ramos (Meksika)
"Lusail" stadionu
Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.