
"Zirə"nin futbolçusu Felipe Paxtman zədələnib.
Sportnet.az-ın məlumatına görə, hücumçu "Neftçi"yə qarşı keçirdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçında sıradan çıxıb.
Braziliyalı meydanı xərəkdə tərk edib. Onu 82-ci dəqiqədə Məhəmməd Hamdaui əvəzləyib.
Qeyd edək ki, hazırda "Zirə" 1:0 hesabı ilə öndədir. Paxtman ötən il zədələndiyi üçün uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.