İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Erik ten Haq futbolçu Ceydon Sançonu əsas komandadan kənarlaşdırıb.
Sportnet.az "Evening News"a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis ingiltərəli yarımmüdafiəçinin fiziki cəhətdən zəif olduğunu düşündüyü üçün bu addımı atıb.
Ten Haq 22 yaşlı oyunçunu fərdi məşqlərə göndərib.
Qeyd edək ki, Ceydon Sanço 2021-ci ilin yayında 85 milyon avro qarşılığında Almaniyanın "Borussiya" (Dortmund) klubundan "qırmızı şeytanlar"a keçib. O, 52 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.