Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya çempionatları və qitə birinciliklərinin final mərhələlərində milli komandalarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, siyahıya Argentina yığması ilə DÇ-2022-nin qalibi olan Lionel Messi başçılıq edir.
Mundiallardakı ümumi qol sayını 13-ə çatdıran Argentina millisinin kapitanı Cənubi Amerika Kubokunda da bir o qədər fərqlənib. Ümumilikdə final mərhələlərində 26 qola imza atan Messi braziliyalı Ronaldonu 1 top qabaqlayır. Üçüncü sırada digər argentinalı Qabriel Batistuta qərarlaşıb.
| 
 Yer  | 
 Futbolçu  | 
 Milli  | 
 Konfederasiya  | 
 DÇ  | 
 Qitə  | 
 Ümumi  | 
 Karyera  | 
| 
 1  | 
 Lionel Messi  | 
 Argentina  | 
 KONMEBOL  | 
 13  | 
 13  | 
 26  | 
 2005-  | 
| 
 2  | 
 Ronaldo  | 
 Braziliya  | 
 KONMEBOL  | 
 15  | 
 10  | 
 25  | 
 1994-2011  | 
| 
 3  | 
 Qabriel Batistuta  | 
 Argentina  | 
 KONMEBOL  | 
 10  | 
 13  | 
 23  | 
 1991-2002  | 
| 
 4  | 
 Landon Donovan  | 
 ABŞ  | 
 KONKAKAF  | 
 5  | 
 18  | 
 23  | 
 2000-2014  | 
| 
 5  | 
 Ademir  | 
 Braziliya  | 
 KONMEBOL  | 
 9  | 
 13  | 
 22  | 
 1945-1953  | 
| 
 6  | 
 Kriştianu Ronaldu  | 
 Portuqaliya  | 
 UEFA  | 
 8  | 
 14  | 
 22  | 
 2003-  | 
| 
 7  | 
 Samuel Eto  | 
 Kamerun  | 
 AFK  | 
 3  | 
 18  | 
 21  | 
 1997-2014  | 
| 
 8  | 
 Pele  | 
 Braziliya  | 
 KONMEBOL  | 
 12  | 
 8  | 
 20  | 
 1957-1971  | 
| 
 9  | 
 Miroslav Kloze  | 
 Almaniya  | 
 UEFA  | 
 16  | 
 3  | 
 19  | 
 2001-2014  | 
| 
 10  | 
 Zizinyo  | 
 Braziliya  | 
 KONMEBOL  | 
 2  | 
 17  | 
 19  | 
 1942-1957  | 
| 
 11  | 
 Herd Müller  | 
 Almaniya  | 
 UEFA  | 
 14  | 
 4  | 
 18  | 
 1966-1974  | 









                 




    
    
    
    
    
    
    
    























































