Futbol üzrə Polşa milli komandasının baş məşqçisi Çeslav Mixneviç istefaya göndərilib.
Sportnet.az-ın Polşa Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, 52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Mixneviç yığmanın Qətərdəki dünya çempionatında uğursuz çıxışına görə vəzifəsindən ayrılıb.
Qeyd edək ki, təcrübəli baş məşqçi bu ilin yanvarında Polşa seçməsinin sükanı arxasına keçmişdi.