Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan Böyük Qaydış futbol çempionatında final oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, çempionatın əvvəlindən 37 komandanın mübarizə apardığı yarışda finala yüksəlmiş Qayıdış 6 N məktəbin komandası ilə UGİŞM futbol komandası üz-üzə gəlib.
Gərgin keçən matçda UGİŞM qələbə qazanaraq, yarışın qalibi olub.
Final mərhələsində layihə rəhbəri Mirdamət Quliyev, məktəbin direktoru Məhərrəm Orucov, layihənin eksperti Ehtiram Sadıqzade, veteran məşqçilər Rəftar İmanov, Asəf Qasımov çıxış ederək futbolçulara öz ürək sözlərini deyiblər.
Finalda qalib gələn komandalara kubok və sertifikatla yanaşı, layihə üçün xüsusi hazırlanmış futbol köynəkləri hədiyyə edilib.