
“Krasnodar”la müqavilə bağlayacaq Kadi Borqes Rusiya klubunda yeni baş məşqçi ilə işləyəcək.
Sportnet.az xəbər verir ki, “Qarabağ”ın transferinə razılıq verdiyi braziliyalı futbolçu yanvarın ilk günlərində Rusiya klubunun düşərgəsinə yollanacaq. “Öküzlər”i 2023-cü ildən yeni mütəxəssis çalışdıracaq. Belə ki, “Krasnodar” rəhəbərliyi serbiyalı Vladimir İviçlə danışıqları yekunlaşdırmaq üzrədir. Yaxın günlərdə 45 yaşlı məşqçi ilə 2+1 sistemi üzrə müqavilə bağlanacaq.
İviç əvvəllər PAOK, “Makkabi Tel Əviv” və “Uotford” klublarını çalışdırıb.