“Rusiya futbolu üçün darıxmıram. Çünki klubumda çox iş var, darıxmağa vaxtım yoxdur”.
Sportnet.az xəbər verir ki, bunu “Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev “Sport-Express”ə açıqlamasında deyib.
40 yaşlı mütəxəssis bütün diqqətini Bakı klubu ilə avrokuboklara vəsiqə qazanmağa ayırdığını bildirib: “İndi bütün fikrim odur ki, komandamın avrokuboklara qatılması üçün işimi necə yaxşı görüm. Çox şey dəyişdi, irəliyə doğru addım atıldı. Bütün bunları sabitləşdirmək vacibdir”.
Qeyd edək ki, “Sabah” Azərbaycan Premyer Liqasında ilk yarıdan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.