
Avstriya yığmasının futbolçusu Valentino Lazaro Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Estoniya ilə keçiriləcək oyunları buraxa bilər.
Sportnet.az xəbər verir ki, buna səbəb İtaliyanın “Torino” klubunun yarımmüdafiəçisinin zədələnməsidir.
27 yaşlı oyunçu A seriyasının XVII turunda “Salernitana” ilə (1:1) görüşün 71-ci dəqiqəsində sağ dizindən xəsarət alaraq əvəzlənib. Cinah oyunçusunun uzun müddətə sıradan çıxdığı bildirilib. Onun Azərbaycan və Estoniya ilə matçları buraxa biləcəyi vurğulanıb.
Qeyd edək ki, Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Azərbaycan, 27-də isə Estoniya ilə qarşılaşacaq.