
Qış fasiləsində "Sumqayıt"dan ayrılan portuqaliyalı futbolçu Filipe Şabi ölkəsinin "Belenenseş" komandasına keçib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi III liqa təmsilçisi ilə müqavilə imzalayıb.
Transferin digər digər detalları açıqlanmayıb.
Qeyd edək ki, Filpe Şabi cari mövsümün əvvəlində "Sumqayıt"a transfer olunmuşdu.