
Futzal üzrə Azərbaycan millisi dünya reytinq cədvəlindəki mövqeyini qoruyub.
Sportnet.az məlumatına görə, Alesio Da Silvanın kollektivi ötən ilin dekabrında açıqlanan reytinqdə olduğu kimi, bu dəfə də 14-cü pillədə qərarlaşıb.
Yığmanın aktivində 1384 xal var.
Siyahıya Braziliya seçməsi başçılıq edir. Cənubi Amerika təmsilçisi 1794 xala malikdir. İspaniya (1771) ikinci, Portuqaliya (1751) isə üçüncü sıradadır.