Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsində Yunanıstanla keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmanı Portuqaliyadan olan referilər idarə edəcəklər.
Eduardu Koelyu birinci, Kristianu Santus ikinci, Felipe Duarte üçüncü hakim kimi iş başında olacaqlar. Xorvatiyalı Edi Sunjiç hakim-inspektor kimi Bakıya səfər edəcək. Matçın UEFA nümayəndəsi isə Hyugen Kim Robin (Norveç) olacaq.
Qeyd edək ki, martın 3-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Yunanıstan oyunu saat 20:00-da başlayacaq.