
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Estoniya yığması yoldaşlıq oyunu keçirəcək.
Sportnet.az yerli federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Tomas Heberlinin baş məşqçi olduğu komanda Tayland seçməsi ilə qarşılaşacaq.
Fevralın 17-də Tallində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan və Estoniya arasında ilk oyun iyunun 17-də Bakıda, ikinci görüş isə oktyabrın 13-də Tallində gerçəkləşəcək.