Avstriya yığmasının kapitanı David Alaba bir ay müddətinə sıradan çıxıb.
Sportnet.az xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçinin formasını geyindiyi İspaniya klubu “Real Madrid” məlumat yayıb.
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərə təmsilçisi “Liverpul”la görüşdə zədələnən ulduz futbolçuda sağ bud əzələ yırtığı aşkarlanıb. Alaba bir ay ərzində “kral klubu”na kömək edə bilməyəcək.
Avstriyalı oyunçu böyük ehtimalla AVRO-2024-ün seçmə qrup mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək ilk görüşü də buraxacaq.
Qeyd edək ki, Avstriya – Azərbaycan matçı martın 24-də Lins şəhərində baş tutacaq.