Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Yunanıstan yığmasını qəbul edəcək.
Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da start götürəcək. Görüşü Eduardu Koelyunun başçılıq etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi 6-cı qrupda 6 xalla liderdir. Bir oyun çox keçirən Polşa kollektivinin də eyni xalı var. Komanda qrupdakı sonuncu matçında martın 7-də Polşanın qonağı olacaq.
DÇ-2024-ün əsas mərhələsi
3 mart
20:00. Azərbaycan - Yunanıstan
Bakı İdman Sarayı