“Azərbaycan millisinin təbrik edir və qrupun son oyununda onlara uğurlar arzulayıram".
Sportnet.az xəbər verir ki, bunu Yunanıstan futzal yığmasının baş məşqçisi İoannis Ziavas Bakıda 2:5 hesabı ilə uduzduqları DÇ-2024-ün əsas seçmə mərhələ matçından sonra mətbuat konfransında deyib.
O, Azərbaycan yığmasının daha güclü komanda olduğunu etiraf edib: "Şanslarımız oldu, amma istifadə edə bilmədik. Bu da rəqibin səviyyəsindən irəli gəlirdi. Çünki onlar bizə bu imkanı vermədilər. Çətin olacağını əvvəlcədən bilirdik. Nəticəni unutmalı, irəli baxmalıyıq”.