
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ilk qrup oyununu keçirib.
Sportnet.az xəbər verir ki, komanda İlqar Aslanovun rəhbərliyi altında Fransa yığması ilə üz-üzə gəlib.
Bosniya və Herseqovinanın Şiroki Briyeq şəhərində keçirilmiş matçın fasiləsinə qədər nominal meydan sahibləri 2 qol vurub. Bir epizodda Rüfət Məmmədli fərqi minimuma endirmək şansını qaçırıb. İkinci hissədə də rəqib üstün tərəf olub. Daha 3 qol vuran Fransa yığması qələbə qazanıb.
Növbəti rəqib martın 23-də meydan sahibləri olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Fransa – Azərbaycan (2:0) 5:0
22 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00
Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
Qollar: Mamady Kouyate, 5:59, 24:09, Belaib Lemoyne, 7:02, 38:20, İbrahimi Doucoure, 31:57
Sarı vərəqələr: Yanis Erraddaf, 19:30 // Rüfət Məmmədli, 16:32
Fransa: 16. Sampiero Veni (q), 2. Ayoub Asname, 7. Marouane Rezzouq, 10. Gora Diop (k), 18. Hakan Bulbul, 1. Jules Phelippean (q), 5. Yanis Erraddaf, 6. Mamady Kouyate, 8. Eliott Kolski, 11. İbrahimi Doucoure, 19. Simon Bugnet, 20. Yoaquim Belaib Lemoyne
Baş məşqçi: Klement Lerebours
Azərbaycan: 12. Sadiq Quliyev (q), 6. Rüfət Məmmədli, 9. Kənan Rövşəni, 10. Fərid Abbasov (k), 14. Kərim Babayev, 1. Əli Quliyev (q), 2. Sunay Həsənov, 3. Qüdrət Qasımzadə, 5. Əhməd İsmayılov, 7. İlham Alıyev, 11. Elşən Mahmudov, 13. Şahbaz Həndəmli
Baş məşqçi: İlqar Aslanov