19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas mərhələsində ikinci oyununu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib Bosniya və Herseqovina yığması olub. İlk turun Fransaya qarşı matçı ilə müqayisədə “5-lik”də cəmi bir dəyişiklik edən baş məşqçi İlqar Aslanov Kənan Rövşənin əvəzinə İlham Alıyevi ilk dəqiqədən meydana buraxıb.
Rəqib baş məşqçi isə Yunanıstanla görüşdəki heyətlə oyuna başlayıb. Fasiləyə qədər 2 qol vuran Bosniya və Herseqovina futzalçıları üstünlüyünü ikinci hissədə də davam etdirib və qələbə qazanıb.
Turnirdə millinin ilk qolunu Şahbaz Həndəmli vurub. Qrupda keçirilmiş digər oyunda Fransa yığması Yunanıstandan güclü olub - 8:1. Bu mərhələdə son oyun martın 25-də, saat 20:00-da Yunanıstana qarşı olacaq.
Bosniya və Herseqovina – Azərbaycan (2:0) 4:1
23 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00
Hakimlər: Martin Koster (Danimarka), Nikola Manzione (İtaliya), Peter Nurse (İngiltərə)
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
Qollar: Slaven Ristiç, 12:45, Mario Kolobariç, 19:08, Srdan Katiç, 30:20, Alem Kadiç, 38:15 // Şahbaz Həndəmli, 37:36
Bosniya və Herseqovina: 1. Kerim Salihoviç (q), 7. Alem Kadiç, 8. Miloş Todoriç (k), 9. Ahmed Kadiç, 10. Matej Krezo, 12. Denin Jukiç (q), 2. Anel Spreço, 3. Slaven Ristiç, 4. Srdan Katiç, 6. Vedad Subaşiç, 11. Mario Kolobariç, 14. Omar Omeroviç
Baş məşqçi: İvo Krezo
Azərbaycan: 12. Sadiq Əlizadə (q), 6. Rüfət Məmmədli, 7. İlham Alıyev, 10. Fərid Abbasov (k), 14. Kərim Babayev, 1. Əli Quliyev (q), 2. Sunay Həsənov, 3. Qüdrət Qasımzadə, 5. Əhməd İsmayılov, 9. Kənan Rövşəni, 11. Elşən Mahmudov, 13. Şahbaz Həndəmli
Baş məşqçi: İlqar Aslanov