1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" "Qarabağ" üçün başladı
Topaz Premyer Liqasının XXXII turu çərçivəsində "Qarabağ”la qarşılaşacaq "Qəbələ” matçın hazırlıqlarına start verib. Sportnet.az-ın məlumatına görə, "qara-qırmızılar" "Xəzər Lənkəran”la aprelin 25-də səfərdə keçirilmiş XXXI turun oyununda 1:0 hesabı ilə qalib gəlib.
Roman Qriqorçukun rəhbərlik etdiyi komanda ertəsi gün Bakıda məşq edib. Artıq "Qəbələ" təmsil etdiyi rayondadır və ötən gün çalışmalarını doğma meydanda bərpa edib. Bir günlük istirahət edən komandanın hazırlıqlarına fizioterapiya kursu keçən Dodo qatılmayıb. Braziliyalı yarımmüdafiəçi "Qarabağ”la oyunda komandasına kömək edə bilməyəcək. Qriqorçukun yetirmələri oyunadək hazırlıqlarını Qəbələ şəhər stadionunda davam etdirəcək.
Qeyd edək ki, mayın 2-də Qəbələdə keçiriləcək "Qarabağ”la qarşılaşma saat 19:00-da başlayacaq.