"Fikrimcə, mənim oynadığım vaxtda Azərbaycan komandalarına daha güclü legionerlər cəlb olunurdu".
Sportnet.az xəbər verir ki, bunu müsahibəsində Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç ölkə çempionatının səviyyəsi ilə bağlı danışarkən deyib.
41 yaşlı veteran hücumçu Premyer Liqada oynadığı dövrdə müxtəlif klublarda yaxşı oyunçuların olduğunu bildirib: “Neftçi”, “İnter” (hazırkı “Şamaxı”), “Xəzər Lənkəran” və “Bakı” klublarında daha güclü legionerlər oynayırdılar. “Karvan” və AZAL-da da pis deyildi".