"Barselona"nın nümayəndələri Fransanın PSJ komandasının futbolçusu Lionel Messini transfer edə bilmək üçün İspaniya La Liqasının rəhbərliyi ilə görüş keçirəcəklər.
Sportnet.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi keçidi maliyyə feyr-pleyi qaydaları çərçivəsində həll etməyə imkan verən plan hazırlayıb.
Hazırda əsas çətinlik ondan ibarətdir ki, La Liqanın qaydalarına görə, klublar yeni transferlərdən əvvəl maaşları xeyli azaltmalıdırlar.
Daha əvvəl "Barselona"nın aprelin 9-a kimi argentinalı hücumçuya təklif göndərmək niyyətində olduğu bildirilib.
Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin yayında məhz İspaniya klubundan keçib.