
İyunun 17-də Bakıda Avro-2024-ün seçmə mərhələsində Estoniya ilə qarşılaşacaq milli komandamızın hazırlıq planı məlum olub.
Sportnet.az xəbər verir ki, millimiz sabahdan etibarən qarşıdakı matçın hazırlığına başlayacaq.
Yığma üzvləri bu həftə Canni de Byazinin rəhbərliyi altında gündəlik məşqlərlə kifayətlənəcək. Gələn həftədən etibarən isə komanda təlim-məşq toplanışına yığışacaq.
Xatırladaq ki, “Dalğa Arena”da oynanılacaq Azərbaycan - Estoniya matçı iyunun 17-də keçiriləcək.