Estoniya millisinin qapıçısı Karl Yakob Hayn Avro-2024-ün seçmə mərhələsində Azərbaycanla səfər oyunu öncəsi fikirlərini bildirib.
Sportnet.az xəbər verir ki, 21 yaşlı qolkiper Bakya qələbə üçün gedəcəklərini deyib: "Milli komandada oyunlar həmişə əlamətdar olur. Ölkəni təmsil etmək hər zaman gözəl hissdir. Qarşıdakı matçlar həmişəki kimi çətin olacaq, amma komandamız hazırdır. Biz Azərbaycana qələbə üçün gedirik. Qalib gəlməliyik".
Qeyd edək ki, iyunun 17-də Bakıdakı "Dalğa Arena" stadionunda keçiriləcək Azərbaycan - Estoniya görüşü saat 20:00-da başlayacaq.
Xatırladaq ki, 2019-cu ildən “Arsenal”a məxsus olan futbolçu icarə əsasında “Ridinq”də çıxış edir.