Dimitri Payet “Marsel”dən ayrılıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun prezidenti Pablo Lonqoriya mətbuat konfransında açıqlama verib. 36 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yanvar ayının sonundan Fransa klubunda çıxış edirdi. O, daha əvvəl 2013-2015-ci illərdə də bu klubun şərəfini qoruyub.
Payet ümumilikdə “Marsel”lə 326 oyun keçirib, 78 qol vurub və 95 məhsuldar ötürmə verib.