
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Rakuv” Polşada yay transfer dövrünün ən fəal klubudur.
Sportnet.az xəbər verir ki, son çempion heyətə 11 yeni futbolçu cəlb edib.
“Rakuv” transferlərə 3 milyon avroya yaxın pul xərcləyib. Çenstoxova klubu Con Yeboah (“Şlensk”), Adnan Kovaçeviç (“Ferentsvaroş”), Stratos Svarnas (AEK, Afina), David Draçal (“Miedz”), Sonni Kittel (“Hamburq”) kimi oyunçuları heyətə cəlb edib.
Polşa çempionu bununla kifayətlənmək niyyətində deyil. Növbəti hədəf “Slaviya Praqa”nın vingeri Srdjan Plavşiçdir.
Qeyd edək ki, “Rakuv”la “Qarabağ” arasında ilk oyun iyulun 26-da Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.