
Cənubi Koreya çempionatında 29-cu turun oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” doğma meydanda "Suvon"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
"Daejeon" - "Suvon" - 0:1
Qol: Lee, 33
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Futbolçu 81-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, “Daejeon” hazırda turir cədvəlində 37 xalla 8-ci pillədə qərarlaşıb.