Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Avro-2024-ün seçmə mərhələsində Belçika ilə oyun öncəsi fikirlərini bildirib.
Sportnet.az xəbər verir ki, o, mətbuat konfransında deyib:
"Sabah yaxşı nəticə ilə xalqımızı sevindirmək istəyirik. Milli komandada oynamaq şərəfdir. Hər zaman əsas heyətdə yer almaq istəmişəm. Legioner həyatı yaşamaq arzum da məhz bununla bağlıdır. Belçika ilə matçda istədiyimiz nəticəni əldə edəcəyimizə ümid edirəm”.
Qeyd edək ki, sabah keçiriləcək sözügedən görüş saat 17:00-da başlayacaq.