Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq Azərbaycan U-21 millisinin heyətində dəyişiklik olub.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. “İğdırspor” klubunun üzvü Mustafa Yıldırım zədə səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, Serbiya - Azərbaycan qarşılaşması sentyabrın 12-də, saat 22:00-da, Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində keçiriləcək.