
"İlk növbədə komandamı qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, oyun nəticə baxımından çox da vacib deyildi. Lakin fasilədən sonra qələbə həvəsindəydik". Sportnet.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Ihmədov Topaz Premyer Liqasının XXXIII turunda "Bakı" ilə oyundan sonra deyib.
Təcrübəli mütəxəssis 2:0 hesabı ilə bitən matça belə şərh verib: "Əlimizdə olan heyəti bu oyuna köklədik. Düzdür, mən son 1 həftədə komandanın yanında ola bilmədim. Pro kurslarında iştirak etdiyim vaxt köməkçi məşqçilər komandanı oyuna yaxşı hazırlaya bilmişdilər. İndi əsas məqsəd komandanı qarşıdakı oyuna hazırlamaqdır”.