"Neftçi"nin kapitanı Emin Mahmudov cəzalı duruma düşüb.
Sportnet.az xəbər verir ki, buna onun Misli Premyer Liqasının 9-cu turunda "Qarabağ"a qarşı matçda bu mövsüm 4-cü sarı vərəqə alması səbəb olub. Beləliklə, 31 yaşlı yarımmüdafiəçi 10-cu turda "Səbail"lə səfər görüşünü buraxacaq.