
Hazırda "Qəbələ"nin düşərgəsində olan Azərbaycan millisinin və Rusiya "Rubin"inin futbolçusu Ruslan Abışov Sloveniya "Koper"i ilə bugünkü yoxlama matçında meydana çıxmayacaq. Bu barədə Sportnet.az-a "Qəbələ"nin baş meneceri Zaur Əzizov məlumat verib.
Onun sözlərinə görə, Abışov Sloveniya toplanışına qatılsa da, hələ "Rubin"dən heç bir sənəd gəlməyib. Bu səbəbdən, yığmamızın müdafiəçisinin "Koper"ə qarşı oynaması mümkün deyil.
Qeyd edək ki, yoxlama matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.