"Barselona"nın yarımmüdafiəçisi Serxi Roberto zədələnib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniyalı oyunçuya sağ ayağının alt əzələsinin zədələnməsi diaqnozu qoyulub. Robertonun bərpa vaxtı hələ məlum deyil. O, "El-Klassiko"nu buraxa bilər.
Xatırladaq ki, oktyabrın 28-də “Barselona” La Liqada “Real”la qarşılaşacaq.
Bu mövsüm 31 yaşlı futbolçu ölkə çempionatında 4 oyunda 1 qol vurub.