Azərbaycanlı FİFA referisi Elçin Məsiyevin 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində idarə edəcəyi oyunlar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Məsiyev 11-ci qrupun 2-ci turundakı İtaliya – Şimali İrlandiya və 3-cü turun Yunanıstan – İtaliya matçlarında əsas hakim olacaq.
Hər iki görüşdə ona digər təmsilçimiz Vüsal Məmmədov laynsman kimi kömək göstərək.
İtaliya – Şimali İrlandiya oyunu oktyabrın 28-də, Yunanıstan – İtaliya qarşılaşması isə oktyabrın 31-də təşkil olunacaq. Bu qrupun matçları İtaliyada keçiriləcək.