“Bayer"in uzun müddətdir zədədən əziyyət çəkən futbolçusu Patrik Şik UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyuna hazırdır.
Sportnet.az xəbər verir ki, zədəsini sağaldan çexiyalı hücumçu sabah Bundesliqanın 7-ci turunda “Volfsburq”la keçiriləcək səfər matçında meydana çıxa bilər.
Xəbərdə qeyd olunub ki, ötən mövsüm Bundesliqada 27 oyuna 24 qol vuraraq komandasının bombardiri olan forvard "Volfsburq"la oyunda olmasa da, "Qarabağ"la Avroliqa matçında şans qazanacağı gözlənilir.
Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu oktyabrın 26-da Leverkuzendəki “Bay-Arena”da keçiriləcək.