"Qarabağ"ın zədəli futbolçusu Marko Yankoviçin durumu ilə bağlı yeni məlumat var.
Spornet.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi zədəsini sağaldıb. 28 yaşlı futbolçu artıq məşqlərə başlayıb.
Yankoviçin "Bayer"lə matçda iştirak etmək ehtimalı 50/50-dir. Onun oynayıb-oynamayacağı oyun günü bəlli olacaq.
Qeyd edək ki, "Bayer" - "Qarabağ" qarşılaşması 26 oktyabr tarixində Bakı vaxtilə saat 23:00-da baş tutacaq.