FİFA İsrail millisinin Avro-2024-ün seçmə mərhələsində Kosovo və İsveçrə milliləri ilə əvvəllər təxirə salınmış oyunları üçün yeni tarixlər müəyyən edib.
Sportnet.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Oktyabrın 15-də keçirilməli olan israillilərin Kosovo ilə oyunu noyabrın 12-də oynanılacaq. İsrail yığması isveçrəlilərlə oyunu üç gün sonra, noyabrın 15-də reallaşacaq.
Avro-2024-ün seçmə mərhələsinin I qrupunda İsrail millisi 6 görüşün nəticəsinə əsasən 11 xal toplayaraq üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, sözügedən oyunlar Fələstinla müharibə səbəbindən təxirə salınmışdı.