"Udineze" baş məşqçisi Andrea Sottillə yolları ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub ona göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Sottillə yanaşı, məşqçilər heyətinin digər üzvləri də istefaya göndərilib.
Qeyd edək ki, Sottil 2022-ci ilin iyunundan "Udineze"yə rəhbərlik edirdi. Komanda onun baş məşqçiliyi altında 50 oyun keçirib (13 qələbə, 19 heç-heçə, 18 məğlubiyyət). Klub hazırda A seriyasında 18-ci pillədə qərarlaşır.