"Bayer"in baş məşqçisi Xabi Alonsonun atası Migel Anhel Alonso və qardaşı Yon Alonso Leverkuzenə səfərə gediblər.
Sportnet.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıblar. Səfərdə məqsəd Avropa Liqasının qrup mərhələsinin "Bayer" - "Qarabağ" oyununu izləməkdir. Onlar "Bayer"in Leverkuzendəki oyununu ilk dəfə olaraq stadionda canlı baxacaqlar.
Xüsusi qonaqlar dünən Leverkuzen təmsilçisinin oyun öncəsi "Bay Arena"da keçirilən məşqində də olublar.