
8-ci dəfə "Qızıl top"u qazanan Lionel Messi mükafat uğrunda əsas rəqibləri olan "Mançester Siti"nin hücumçusu Erlinq Haaland və PSJ-də çıxış edən Kilian Mbappe haqda danışıb.
Sportnet.az xəbər verir ki, "İnter Mayami"nin futbolçusu hər iki oyunçunun mükafata layiq olduğunu bildirib:
"Haaland və Mbappe bir gün "Qızıl top"u qazanacaqlar. Erlinq mükafata layiq idi. Premyer Liqanı, Çempionlar Liqasını qazandı və hər iki turnirin bombardiri oldu. Bu mükafat bu gün sizin də ola bilərdi. Əminəm ki, növbəti illərdə siz onu qazanacaqsınız".