İsrail milli komandasının AVRO-2024-ün seçmə mərhələsinin matçlarını hansı stadionda keçirəcəyi açıqlanıb. xəbər verir ki, adıçəkilən milli rəqiblərini evdə qəbul edə bilmədiyindən onlarla Macarıstanın Felçsut şəhərində yerləşən "Panço Arena"da qarşılaşacaq. Xatırladırıq ki, İsveçrə millisi ilə görüş noyabrın 15-də, Rumıniya millisi ilə matç isə noyabrın 18-də baş tutacaq. UEFA-nın qərarına əsasən hər iki matçda da azarkeşlər stadiona buraxılacaq. Qeyd edək ki, İsrail və Fələstin arasındakı müharibəyə görə UEFA birincilərin ev oyunlarını neytral meydanda keçirilməsinə qərar verib.