İngiltərəli forvard Harri Keyn Almaniya Bundesliqasında rekorda imza atıb.
Sportnet.az xəbər verir ki, o, turnirin ilk 10 oyununda 15 qol vurub.
“Bavariya”nın 30 yaşlı futbolçusunun bu nəticəsi Bundesliqada ilk dəfə qeydə alınıb. O, Dortmund “Borussiya”sı ilə qarşılaşmada het-trik edərək, qollarının sayını 15-ə yüksəldib.
Qeyd edək ki, Keyn yayda “Tottenhem”dən 95 milon avroya transfer olunub.