Misli Premyer Liqasında oktyabr ayının ən yaxşı qolu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, "Araz-Naxçıvan"ın üzvü Mohammed Kadirinin Misli Premyer Liqasında "Qəbələ" ilə matçda vurduğu qol PFL-in oktyabr ayı üçün keçirdiyi sorğunun yekununa əsasən 163 səsla "Ayın qolu" seçilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, futbolçu 2-ci dövrənin ilk matçında Naxçıvan təmsilçisinin 4:1 hesabı ilə qalib gəldiyi oyunda komandasının ikinci qolunu vurub.
Buna qədər isə "Araz-Naxçıvan"ın daha bir futbolçusu bu nominasiyanın qalibi olub. Belə ki, Turan Manafovun avqustda "Sumqayıt"la oyunda vurduğu qol ən yaxşı seçilmişdi.