AFFA İntizam Komitəsi "Zirə"nin futbolçusu Vladislav Kulaçı 4 oyunluq cəzalandırıb.
Sportnet.az xəbər verir ki, buna səbəb ukraynalı hücumçunun Misli Premyer Liqasının 12-ci turunda “Sabah”la oyunun 90-cı dəqiqəsində təcavüzkar davranışı olub.
Buna görə “Zirə” klubu 3 min manat cərimə də edilib.
Xatırladaq ki, həmin epizodda baş hakim Tural Qurbanov Kulaça vərəqə göstərməmişdi.