
“Qarabağ”ın qapıçısı Andrey Lunyov iki həftə yaşıl sahələrdən uzaq qalacaq.
Sportnet.az xəbər verir ki, rusiyalı qapıçı dünən “Bayer”lə görüşdə zədələnib.
Lunyov Avropa Liqası qarşılaşmasını sonadək davam etdirə bilməyib. Bu gün aparılan tibbi müayinədən sonra təcrübəli qapıçının təxminən iki həftə meydana çıxa bilməyəcəyi məlum olub. Bu barədə Ağdam klubunun həkimi Rusiya mətbuatına açıqlama verib. Açıqlamada Lunyovun dizində şiş əmələ gəldiyi üçün ona istirahət veriləcəyi bildirilib.
Qeyd edək ki, Andrey Lunyov uzun müddətdən sonra Rusiya yığmasının heyətinə dəvət almışdı. O, zədə üzündən komandanın təlim-məşq toplanışında iştirak edə bilməyəcək.