Premyer Liqanın XIII turu çərçivəsində “Neftçi Arena”da keçirilən “Neftçi” – “Sumqayıt” oyununda insident yaşanıb.
Sportnet.az xəbər verir ki, meydan sahibinin futbolçusu Reziuan Mirzovla “kimyaçılar”ın baş məşqçisi Samir Abasov arasında narazılıq yaşanıb. Ətrafdakıların müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, “ağ-qaralar” ilk hissənin 34-cü dəqiqəsində Ataa Caberin vurduğu qolla hesabda irəlidədi.